RU

ABŞ tarixinin ən uzunmüddətli krizisi başa çatdı

ABŞ tarixinin ən böyük krizisi başa çatib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki,  əksər federal qurumlar üçün 30 yanvar tarixinə qədər və maliyyə ili ərzində bəziləri üçün maliyyələşdirmə təmin edən büdcə layihəsi

Nümayəndələr Palatasında 209 əleyhinə, 222 lehinə səslə qəbul edilib.

Nümayəndələr Palatasından sonra ABŞ Prezidenti Donald Tramp federal hökumətin yenidən açılması üçün müvəqqəti büdcə layihəsini imzalayıb.

Bununla da 43 gündür bağlı olan federal hökumət yenidən açılıb.

Donald Tramp açıqlamasında ABŞ tarixində hökumətin ən uzun müddət bağlı qalmasında Demokratları ittiham edib: 

“Bu gün ölkəmiz üçün əla bir gündür, indi işə qayıda bilərik”, - o deyib.
Tramp bildirib ki, müvəqqəti büdcə bütün maliyyə ili üçün hökuməti maliyyələşdirmir və

Demokratların bir neçə ay ərzində hökumətin yenidən bağlanmasına səbəb ola bilər. 

Qeyd edək ki, ABŞ-də Konqres yeni maliyyə ilinin başlamazdan əvvəl federal hökuməti maliyyələşdirmək üçün müvəqqəti büdcə qanun layihəsini təsdiqləmədiyi üçün hökumət 1 oktyabrda bağlanıb.

Federal agentliklər xərcləmə səlahiyyətlərini itirərək fəaliyyətini dayandırıb. Bu da ölkə tarixində ən uzun müddətli bağlanma deməkdir. Demokrat və Respublikaçı senatorlar bazar günü, bağlanmanın 40-cı günündə hökumətin yenidən açılması üçün müvəqqəti büdcə barədə razılığa gəliblər.

Demokrat senatorların səhiyyə subsidiyalarının uzadılmasını təmin etmək tələbindən imtina etməsi hökumətin yenidən açılması ilə nəticələnib.

Billurə

Избранный
57
32
olke.az

10Источники