28-29 noyabrda bədii gimnastika üzrə XXX Bakı çempionatı keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yarış Milli Gimnastika Arenasında baş tutacaq.
İdmançılar top, lent, gürzlər və halqa ilə proqramda müxtəlif yaş kateqoriyaları üzrə bacarıqlarını nümayiş etdirəcəklər.