RU

"Qarabağ" və "Neftçi" azarkeşlərinə görə cərimələndilər

AFFA "Qarabağ" və "Neftçi"ni azarkeşlərinə görə cərimələyib.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Misli Premyer Liqasının XI turun "Qarabağ" - "Neftçi" oyununun 90-cı dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə 6 000 manat cərimə edilib.

Eyni zamanda, "Neftçi" azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə bakılılar 7 000 manat cəriməyə məruz qalıb.

Bundan başqa, "Neftçi"nin azarkeşləri də matçın 84-cü dəqiqəsində meydançaya kənar əşya atıb və və bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə paytaxt klubu 3 500 manat cərimə edilib.

Milli.Az

Избранный
31
4
milli.az

5Источники