RU

Təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir

Türkiyənin Gürcüstanda qəzaya uğrayan yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada vida mərasimi keçirilir.
ONN media xəbər verir ki, vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri iştirak edir.
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.
***
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C-130" tipli hərbi yük təyyarəsində şəhid olan 20 əsgərlə Mürtəd Hava Bazasında keçirilən vida mərasimi başa çatıb.
Şəhidlərin nəşləri dəfn olunmaq üçün mərasimdən sonra doğma yurdlarına yola salınıb.
Избранный
268
50
onn.az

10Источники