RU

“Ermənilərin 30 faizi Paşinyanı satqın sayır” Müxalifət Paşinyanın son çıxışına sərt cavab verib

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistanın Baş nazir Nikol Paşinyanın müxalifəti "xarici dövlətlərin təsir agentləri" adlandırması gözlənidliyi kimi, müxalif millətçi düşərgədə hiddətlə qarşılanıb. Rusiyanı nəzərdə tutan Paşinyanın sözlərinə görə, 2018-ci ildə o hakimiyyətə gələrkən bugünkü müxalifət qüvvələri həmin ölkənin "cibində" idi. 

O əlavə edib ki, Ermənistan Qarabağdakı vəziyyətə görə özünü həmin ölkənin(Rusiyanın-red.) "cibində" tapıb və həmin vaxt "orduda suveren iradə mərkəzi olmayıb". Nikol Paşinyan əlavə edib ki, Ermənistan artıq bu tələdən azad olub.

“AzPolitika” xəbər verir ki, müxalifətçi millət vəkili, Serj Sarqsyanın partiyasından olan Hayk Mamicanyan parlamentdə keçirilən ənənəvi brifinq zamanı müxalifətin adından Paşinyana cavab verib. 

O deyib ki, guya “sorğulara görə, Ermənistan vətəndaşlarının 30%-dən çoxu və ya hər üç nəfərdən biri Baş nazir Nikol Paşinyanı satqın hesab edir”: "Xaindən belə şeylər eşitmək təəccüblü deyil. Onun hərəkətləri digər ölkələrin maraqlarına necə xidmət edəcəyini göstərib. Demək olar ki, hər gün ortaya çıxan faktlar Paşinyana kimin təlim keçdiyini, onun kimin əmrlərini yerinə yetirdiyini və kimin onun rəhbəri olduğunu açıq şəkildə göstərir".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
267
50
azpolitika.info

10Источники