Mərhum xalq artisti Yaşar Nurinin qızı Ülviyyə vəfat edib.
ONN media xəbər verir ki, bu haqda "Elgizlə izlə" proqramında deyilib. Bildirilib ki, qız bu gün dünyasını dəyişib.
Y.Nurinin həyat yoldaşı Rəhimə bildirib ki, gecə saat 4-də qızın qəfildən halı pisləşib və rəhmətə gedib:
"Gündüz gülüb-danışdıq. Axşam zəng edib ki gəl. Qəfildən oldu".
Ülviyyənin 47 yaşı var idi.
Qeyd edək ki, Y.Nurinin iki qız övladı var. Onun digər qızı Ülkər isə müğənnidir.
Ülviyyə bir neçə il əvvəl avtomobil qəzasında həyat yoldaşını itirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта