RU

Şəkidə 50 yaşlı kişi qətlə yetirilib

Şəkidə 50 yaşlı kişi qətlə yetirilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsində baş verib.

50 yaşlı Mehman Bayramovla 24 yaşlı Sədi Heydərov arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı S. Heydərov üzərində olan kəsici alətlə M. Bayramova xəsarətlər yetirib.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cinayəti törətməkdə şübhəli bilinən Sədi Heydərov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Избранный
34
19
apa.az

10Источники