Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib.
Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Turan qəsəbəsində baş verib.
Belə ki, 1975-ci il təvəllüdlü Mehman Bayramov kəsici alətlə öldürülüb.
Cinayəti törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sədi Heydərov könüllü şəkildə polisə təslim olub.