Katolik kilsəsinin rəhbəri Papa Leo Hollivudun məşhur simaları Keyt Blanşett, Viqqo Mortensen, Monika Belluççi və digər aktyor-rejissorlarla görüş keçirib.
Musavat.com xəbər verir ki, bu görüş həm nisbətən yeni olan Papaya dair ictimai marağı artırmaq, həm də kilsənin kino sənayesi ilə əlaqələrini gücləndirmək məqsədi daşıyırdı.
Eyni zamanda Papa Leo XIV qlobal kino sektoruna dəstək nümayiş etdirərək kinoteatrlara marağın narahatedici şəkildə azalmasından danışıb.
Rejissor Spayk Li tərəfindən böyük bir gün kimi qiymətləndirilən bu görüş Vatikan tarixində öz növündə ilk dəfə baş tutub.
Vatikanın möhtəşəm Klementina zalının freskaları altında italyanca çıxış edən Papa Leo kinonun həm əyləndirmə, həm də maarifləndirmə gücünü, insanı heyrətləndirmə qabiliyyətini yüksək qiymətləndirib. Bununla belə, o, kino yaradıcılarını dünyanın yaralarından qaçmamağa çağırıb.
Musavat.com