RU

Maduro ABŞ-yə Venesuelanın neft ehtiyatlarının bir hissəsi üzərində nəzarəti təklif etdi - İDDİA

BAKI, 16 noyabr. TELEQRAF

Venesuela Prezidenti Nikolas Maduro ölkənin neft yataqlarının böyük bir hissəsinə nəzarəti ABŞ-YƏ təhvil verməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu iddia ilə “The New York Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, Venesuela lideri hərbi qarşıdurmadan qaçmaq üçün əvvəllər ABŞ Prezidenti Donald Trampa respublikanın enerji resurslarının əhəmiyyətli hissəsinə faktiki olaraq ABŞ-nin nəzarətinə verəcək təkliflə çıxış edib.

Qəzetin mənbələrinə görə, Tramp danışıqlardan imtina edib, lakin tərəflər bu məsələ ilə bağlı müzakirələri tam dayandırmayıb və ordunun Venesuela sahillərinə yerləşdirilməsi ABŞ administrasiyasına Maduro üzərində əlavə təsir rıçaqları vermək məqsədi daşıyır.

Adı açıqlanmayan bir Avropa rəsmisi qəzetə bildirib ki, ABŞ rəsmiləri Vaşinqtonun gərginliyi "sadəcə yüksəltdiyini" deyir və Maduronun ölkəni tərk edəcəyinə və ya saxlanılaraq ABŞ-yə təhvil veriləcəyinə ümid edirlər.

Избранный
66
24
teleqraf.com

10Источники