RU

“Google” süni intellekt və bulud texnologiyalarına 40 milyard dollar sərmayə qoyur

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 16 noyabr, AZƏRTAC

“Google” şirkəti 2027-ci ilədək süni intellekt və bulud texnologiyalarına 40 milyard dollar sərmayə qoymağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, investisiya ABŞ-ın Texas ştatında sərf ediləcək.

Şirkətdən bildirilib ki, layihə çərçivəsində ştatda yeni data mərkəzi inşa olunacaq. “Google” bu yolla növbəti 15 il ərzində ştatda üstün mövqeyini qoruyub-saxlayacaq.

Ucuz elektrik və əlverişli vergi şərtləri texnologiya şirkətlərinin Texas ştatına marağı artırır. “Meta” şirkəti artıq bura milyard dollardan çox sərmayə qoyub. “Tesla” və “Oracle” baş ofislərini bura köçürüb. “Samsung” isə burada yarımkeçiricilər zavodunun tikintisinə 17 milyard dollar sərmayə ayırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
5
azertag.az

7Источники