Azərbaycan Mərkəzi Asiya formatına qəbul olunur və bununla da formatın ölkə tərkibi mövcud “5-lik”dən “6-lığa” çevrilir.
APA-nın Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.
Beləliklə, Azərbaycan Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusunu əldə edir.