RU

Netanyahu: İsrail Fələstin dövlətinin yaradılmasına icazə verməyəcək

"İsrail Fələstin dövlətinin yaradılmasına icazə verməyəcək. HƏMAS-ın nəzarəti altında olan ərazinin qismən silahsızlaşdırılması olmayacaq".

Hakimiyyet.az xəbər verir ki, bunu İsrail Nazirlər Kabinetinin iclasında çıxış edən Baş nazir Netanyahu bildirib.

O qeyd edib ki, hökumətin planına əsasən, Qəzza zolağı tamamilə silahsızlaşdırılmalı və HƏMAS tərksilah edilməlidir: "Bu, ya asan, ya da çətin yolla baş verəcək. Bu, ABŞ prezidenti Trampın mövqeyi ilə uyğun gəlir".

Netanyahu İsrailin Fələstin dövlətinin yaradılması ilə bağlı dəyişməz mövqeyini bir daha təkrarlayıb.

Elvin

Hakimiyyet.az

Избранный
407
50
hakimiyyet.az

10Источники