RU

Ağcabədidə zəncirvari qəza: ölən və yaralanan var – FOTO

Ağcabədidə yol qəzası sürücünün ölümü ilə nəticələnib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Ağcabədi şəhəri ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ” və “Opel” markalı minik maşınları toqquşub. Bundan sonra “VAZ” markalı minik maşını yol kənarında dayanan “Mercedes” markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində “VAZ” sürücüsü 1969-cu il təvəllüdlü İsa Vəliyev hadisə yerində ölüb, digər sürücü isə yaralanıb.

Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Избранный
40
3
nocomment.az

10Источники