RU

Abşeronda yol qəzası olub, piyada ölüb

Abşeronda yol qəzası nəticəsində piyada həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə “Təzə yol” adlanan ərazidə qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu keçən piyadanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
15
6
bakivaxti.az

7Источники