21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
QOL.az xəbər verir ki, millimiz 5-ci matçında səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Europa Point Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
18 noyabr
22:00.Cəbəllütariq (U-21) - Azərbaycan (U-21)
“Europa Point Stadium”.
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mihaita Nekula
Dördüncü hakim: George Katalin Roman
(Hakimlər briqadası Rumıniyadandır)
