RU

210 manat maaş alan müəllimlərin sayı açıqlandı

“Azərbaycanda 17186 müəllimin ortaaylıq maaşı 1589 manatdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” verilişində qonaq olarkən deyib.

O, bildirib ki, bu müəllimlərin həftəlik dərs saatı 30-36 saat aralığında dəyişir.

Nazirin sözlərinə görə, 3487 nəfər müəllimin ortaaylıq maaşı 210 manatdır:

“Bu müəllimlərin həftəlik dərs yükü 0-6 saat aralığındadır”.

Həmçinin qeyd olunub ki, 38 711 nəfər müəllim ortalama ayda 979 manat maaş alır ki, onların da dərs yükü 18-24 saat aralığında dəyişir.

Избранный
68
8
konkret.az

8Источники