RU

Trampın planı Ukraynaya həm ağır güzəştlər, həm də NATO-nun təhlükəsizlik zəmanətini təklif edir

Axios: ABŞ və Avropa Ukraynaya qarşı hücumu bütün transatlantik icmaya hücum kimi qəbul etməyə hazırdır…

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donal Trampın hazırladığı yeni sülh planı Ukraynadan ciddi güzəştlər tələb etməklə yanaşı, ilk dəfə olaraq Kiyevə NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təqdim edir. Bu barədə Axios əldə etdiyi layihəyə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyası Ukraynaya qarşı Rusiyanın hər hansı gələcək “əhəmiyyətli, qəsdən və uzunmüddətli silahlı hücumunu” bütün “transatlantik icmanın sülhünə və təhlükəsizliyinə təhdid” kimi qiymətləndirməyi öhdəsinə götürməyə hazırdır. Layihədə qeyd olunur ki, belə hücum baş verərsə, ABŞAvropa müttəfiqləri “uyğun şəkildə cavab verəcəklər”, o cümlədən hərbi güc tətbiq edə biləcəklər.

Bu, Zelenski administrasiyasının əsas məqsədlərindən birinə — ABŞAvropadan etibarlı təhlükəsizlik təminatları əldə etmək istəyinə — indiyədək verilmiş ən genişmiqyaslı təklif hesab olunur. Sənəd, Ukrayna ordusunun döyüş qabiliyyətinin zəiflədiyi və müharibənin gedişatının siyasi danışıqları aktuallaşdırdığı bir vaxtda təqdim edilib.

28 maddədən ibarət əsas planı ABŞ ordusunun naziri Den Driskoll ötən gün Prezident Volodımır Zelenskiyə təqdim edib. Bu sənəddə sadəcə “Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alacaq” kimi ümumi ifadə yer alırdı. Lakin ABŞ rəsmiləri bundan əlavə, Ukrayna tərəfinə daha konkret mexanizmlərdən ibarət ikinci layihəni də təqdim ediblər.

Axios-un əldə etdiyi həmin əlavə sənəd Ukrayna, ABŞ, Aİ, NATORusiya üçün imza bölmələri olan çoxpartiyalı razılaşma formatını nəzərdə tutur. Bu isə imkan yaradır ki, gələcək təhlükəsizlik arxitekturası yalnız ikitərəfli deyil, geniş transatlantik və regional öhdəliklər paketi üzərində qurulsun.

Ekspertlər hesab edirlər ki, belə bir mexanizm faktiki olaraq NATO üzvlüyünə alternativ kimi təqdim olunur və ABŞ-ın Kiyevə qarşı öhdəlik səviyyəsinin kəskin şəkildə artmasına gətirib çıxara bilər.

Poliqon.info

Избранный
16
16
poliqon.info

10Источники