RU

Vidadi Bərdəlinin həyat yoldaşı müğənnilərə etiraz etdi

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mərhum müğənni Vidadi Bərdəlinin həyat yoldaşı Naidə Heydərova onun mahnılarını icazəsiz oxuyanlara etiraz edib. 

Axşam.az xəbər verir ki, "Elgizlə izlə" proqramına zəng edən Naidə mərhum ifaçının bütün mahnılarının hüququnun onda olduğunu deyib:

"Onun bütün arxivi məndədir. Kim nə götürürsə, məndən alır. Oxuyanda icazə almalıdırlar. Vidadi Bərdəlinin "Zeynəbim" mahnısını götürüb oxuyublar. Çox adam elə bilir ki, Qədir Məmmədovundur. Amma sübut olunub ki, onun deyil".

Xatırladaq ki, V. Bərdəli 2012-ci il noyabrın 30-da 53 yaşında vəfat edib. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
102
7
axsam.az

8Источники