RU

Rubio: ABŞ-ın Ukraynadakı sülh planı 26-28 maddədən ibarətdir

Rubio: ABŞ-ın Ukraynadakı sülh planı 26-28 maddədən ibarətdir

ABŞ administrasiyasının Ukrayna böhranının həlli üzrə hazırladığı sülh planı 26-28 maddədən ibarətdir.

AFN.az xəbər verir ki, bunu Cenevrə toplantısına qatılan ABŞ dövlət katibi Marko Rubio deyib.

“Biz buraya bir məqsədlə gəldik: 26-28 maddəni götürüb həll olunmamış məsələlərin sayını azaltmağa çalışmağa”, — deyə Rubio bildirib.

O qeyd edib ki, bazar günü ABŞ və Ukrayna rəsmiləri arasında keçirilən danışıqlar zamanı bu məqsəd “əhəmiyyətli dərəcədə” yerinə yetirilib. “Hələ çox iş görülməlidir, lakin səhərki vəziyyət və bir həftə əvvəlki müddəalarla müqayisədə artıq çox irəliləmişik”, — deyə Rubio əlavə edib.

Sızan məlumata görə, plan çərçivəsində ABŞ və bəzi ölkələr Rusiyanın Krım, Donbas və digər ərazilər üzərində suverenliyini tanıyacaq, Ukrayna həmin ərazilərdən imtina edəcək. Əvəzində Kiyev ABŞ və Avropadan təhlükəsizlik təminatı alacaq. Ukrayna qoşunlarının çıxarılacağı zonalarda demilitarizasiya edilmiş ərazilər yaradılacaq.

Bundan əlavə, Xerson və Zaporojye bölgələrində təmas xətti “dondurulacaq”, Rusiyanın bəzi rayonları Ukraynaya qaytarması gözlənilir. Ukrayna ordusu əhəmiyyətli dərəcədə kiçildiləcək və uzaqmənzilli silahlardan məhrum ediləcək. Ölkə ərazisində xarici qoşunların yerləşdirilməsi qadağan olunacaq, rus dili isə dövlət dili statusu alacaq. Qeyri-rəsmi məlumatlarda ABŞ-ın yeni planının həmçinin Rusiyaya qarşı sanksiyaların ləğvini də nəzərdə etdiyi qeyd edilir.

Избранный
69
42
afn.az

10Источники