RU

Şeyx sabah Ərəbistana yola düşür

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də Səudiyyə Ərəbistanına səfərə yola düşəcək.

"Yeni Sabah" xəbər verir ki,o, İslam Aləmi Liqasının Baş katibi, Dünya Üləmalar Heyətinin sədri Məhəmməd bin Əbdülkərim Əl-İsanın dəvəti ilə noyabrın 26-da İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak edəcək.

Mərasimdə İslam dünyasının müftiləri, böyük alimləri, fiqh və şəriət elmi qurumlarının nümayəndələri iştirak edəcəklər.


Telegram kanalımız
Избранный
135
2
yenisabah.az

10Источники