RU

Türkiyədə ədliyyə binasında partlayış - Yaralanan var

Türkiyənin Şanlıurfa vilayətinin Haliliye rayonundakı ədliyyə binasında partlayış qeydə alınıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Hadisə binanın əmanətlər saxlanılan anbarında naməlum səbəbdən baş verib. Bundan sonra yanğın başlayıb. 

Partlayış nəticəsində bir nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər, polis və ekspert qrupları cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Ədliyyə Naziri Yılmaz Tunç da məsələ ilə bağlı paylaşım edib: "Şanlıurfa ədliyyəmizin deposunda partlayış baş verdi. Katibimiz ayağından yaralanıb". 

Ağarza Elçinoğlu

Избранный
102
31
unikal.az

10Источники