RU

Azərbaycanda icbari sığorta bazarı 7%-ə yaxın böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığortanövlərinin hesabına 301,3 milyon manat sığorta haqqıtoplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüilin eyni dövrü ilə müqayisədə 18,4 milyon manat və ya 6,5%çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 8,8milyon manat və yaxud 7,8% artaraq 120,8 milyon manata çatıb.

Beləliklə, 10 ayda icbari sığorta bazarında toplanmış hər 100manat sığorta haqqının 40,1 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandasığorta şirkətlərinin xətti ilə 1,256 milyard manat sığorta haqqıyığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,9 milyonmanat və ya 12,9% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən 772,6 milyon manat sığorta ödənişiedilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3milyon manat və ya 24,1% artım deməkdir.

Избранный
12
4
az.trend.az

6Источники