RU

Deputatlarımız Qırğız Respublikasında parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov noyabrın 30-da Qırğız Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Bişkek şəhərində səfərdə olacaqlar. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar" a bildirilib ki, Tural Gəncəliyev ATƏT PA-nın xətti ilə, Cavanşir Feyziyev TÜRKPA -nın xətti ilə, Mübariz Qurbanlı MDB İcraiyyə Komitəsinin xətti ilə, Göydəniz Qəhrəmanov isə MDB PA-nın xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə prosesini müşahidə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
7
olaylar.az

9Источники