AZ

Deputatlarımız Qırğız Respublikasında növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər



Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov noyabrın 30-da Qırğız Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Bişkek şəhərində səfərdə olacaqlar.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tural Gəncəliyev ATƏT PA-nın xətti ilə, Cavanşir Feyziyev TÜRKPA –nın xətti ilə, Mübariz Qurbanlı MDB İcraiyyə Komitəsinin xətti ilə, Göydəniz Qəhrəmanov isə MDB PA-nın xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə prosesini müşahidə edəcəklər.



Seçilən
15
9
aia.az

10Mənbələr