AZ

Deputatlarımız Qırğızıstanda növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər



Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov noyabrın 30-da Qırğız Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Bişkek şəhərində səfərdə olacaqlar.

Newscenter.az xəbər verir ki, Tural Gəncəliyev ATƏT PA-nın xətti ilə, Cavanşir Feyziyev TÜRKPA –nın xətti ilə, Mübariz Qurbanlı MDB İcraiyyə Komitəsinin xətti ilə, Göydəniz Qəhrəmanov isə MDB PA-nın xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə prosesini müşahidə edəcəklər.

Süleyman
Seçilən
11
9
newscenter.az

10Mənbələr