Bakı. Trend:
Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev,Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov noyabrın 30-da QırğızRespublikasında keçiriləcək növbədənkənar parlament seçkilərinimüşahidə etmək üçün bu ölkənin Bişkek şəhərində səfərdəolacaqlar.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Tural Gəncəliyev ATƏT PA, Cavanşir FeyziyevTÜRKPA, Mübariz Qurbanlı MDB İcraiyyə Komitəsi, Göydəniz Qəhrəmanovisə MDB PA-nın xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanışolacaq, səsvermə prosesini müşahidə edəcəklər.