Azvision saytından alınan məlumata görə, ain.az bildirir.
Bu barədə Finlandiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hərbi təlim bu gündən etibarən dekabrın 4-dək keçiriləcək. Təlimlərə həmçinin 4000 çağırışçı da qoşulacaq. Finlandiya Ordusunun döyüş hazırlığını artırmaq məqsədi daşıyan təlimlərdə hərbçilər müxtəlif növ hücumlara qarşı müdafiə qabiliyyətini gücləndirmək istiqamətində tapşırıqları yerinə yetirəcəklər. Eyni zamanda, noyabrın 24-də Baltik dənizində Finlandiya Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə NATO alyansının "Freezing Winds 25" təlimləri də başlayıb. Bu təlimlər də dekabrın 4-də yekunlaşacaq.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.