“Ukrayna ABŞ-ın təklif etdiyi sülh müqaviləsinə gedəcək”.
Aznews.az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin sammitində bildirib.
“Bir daha vurğulayıram: biz sizin (Rusiyanın) Ukrayna ilə sülh müqaviləsi imzalamaq səylərinizi dəstəkləyirik. Dünən dedim ki, əgər amerikalılar özlərini diplomat və həqiqi hüquqşünas kimi aparsalar, bu müqavilə razılaşdırılacaq. Çünki əsas məqamlar artıq razılaşdırılıb.