RU

İmişlidə zəncirvari qəza - Xəsarət alanlar var - FOTO

İmişlidə zəncirvari qəza olub. 

Gundem.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı 3 avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan 3 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Избранный
60
5
gundem.az

10Источники