RU

Kuryerdən 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bakı.Trend:

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinəqarşı mübarizə davam etdirilir. Son olaraq paytaxtın Qaradağrayonunda keçirilən əməliyyatla əvvəllər məhkum olunmuş 42 yaşlıElşən Kərimov saxlanılıb.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsin üzərindən və avtomobilindənümumilikdə 10 kiloqram 821 qram narkotik vasitə heroin, tiryək,həşiş, marixuana, psixotrop maddə metamfetamin və 100 ədəd güclütəsiredici xassəyə malik metadon həbi aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədətanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşıvasitəsilə əldə etdiyini və hissələrə ayıraraq satmağıplanlaşdırdığını bildirib.

E.Kərimov barəsində başlanan cinayət işi üzrə istintaqaraşdırmaları davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən Qaradağ RPİ-nin əməkdaşlarıtərəfindən 155 kiloqram müxtəlif növ narkotik maddə qanunsuzdövriyyədən çıxarılıb.

Избранный
31
20
az.trend.az

10Источники