RU

Qusar məktəblisi “Əlaçı” müsabiqəsinin qalibi oldu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Əlaçı” televiziya layihəsinin 10-cu siniflər arasında keçirilən bilik yarışı Qusar təhsilinin növbəti nailiyyəti ilə yadda qalıb.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Tural Araz oğlu Sultanov yarışmanın qalibi olub.

Qeyd edilib ki, cari ildə “Əlaçı” müsabiqəsinin 10-cu siniflər üzrə Quba şəhərində keçirilmiş birinci mərhələsində regionun 5 rayonundan seçilmiş istedadlı şagirdlər arasında yüksək nəticə göstərmiş 9 şagird Respublika mərhələsinə vəsiqə qazanıb. Onların 5-i Qusar şəhər 1 saylı məktəbin şagirdləridir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
115
2
bizim.media

3Источники