Bu gün Ermənistanla Türkiyənin müvafiq idarələrinin nümayəndələri iki ölkə arasında Akyaka-Axurik sərhəd keçid məntəqəsində və Gümrü şəhərində görüşüblər.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, görüş Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin görüşləri zamanı əldə edilmiş razılaşmalar çərçivəsində baş tutub.
Tərəflər Qars-Gümrü dəmir yolunun bərpa edilməsinə yönəlmiş texniki müzakirələrin ikinci raundunu keçiriblər.