RU

La Liqa klubu 72 yaşlı məşqçi ilə müqavilə imzalayıb

İspaniyanın "Betis" klubu baaş məşqçi Manuel Pelleqrini ilə yola davam edəcək.

Day.Az xəbər verir ki, La Liqa təmsilçisi çilili mütəxəssisin müqaviləsinin müddətini uzadıb.

 

Məlumata görə, 72 yaşlı çalışdırıcı ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Manuel Pelleqrini 2020-ci ilin avqust ayında "Betis"in baş məşqçisi vəzifəsinə təyin olunub.

Избранный
160
2
day.az

3Источники