RU

Azərbaycan manatının dövretmə sürəti ARTIB

Bu il noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,45 bənd təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,04 bənd çox, ilin əvvəli ilə müqayisədə eyni, ötən il noyabrın 1-nə nisbətən isə 0,14 bənd azdır.
 

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib.


Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Избранный
335
12
paralel.az

10Источники