Moskva, 4 dekabr, AZƏRTAC
Moskva-Pxuket reysini yerinə yetirən sərnişin təyyarəsi mühərrikdə yanğın səbəbindən Domodedovo hava limanına qayıdıb.
AZƏRTAC xəbər verir ki, Moskva-Pxuket reysini yerinə yetirən və sol mühərrikdə yanğın baş verən “Red Wing” şirkətinə məxsus sərnişin təyyarəsi Rusiya paytaxtının Domodedovo hava limanına qəza enişi edib.
“Boeing-777” təyyarəsinin hava limanından qalxandan dərhal sonra qəza siqnalı verdiyini bildirilmişdi. Təyyarədə 412 sərnişin olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva