RU

Goranboyun icra başçısı növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı, müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Qəbulda öncə, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli siyasi strategiyanın, dövlətimizin təhlükəsizliyinin təminatı və sosial-iqtisadi inkişafının daha yaxşılaşdırılması istiqamətlərində görülən işlərin əhali arasında təbliği məqsədilə İcra Başçısı tərəfindən geniş məzmunlu məruzə edilir.

"Unikal" xəbər verir ki, səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. Bu məqsədlə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə Alpout kəndində səyyar qəbul keçirib.

Sakinləri dinləyən icra başçısı mövcud problemlərin həlli ilə bağlı, aidiyyatı xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirib. 

Избранный
6
4
unikal.az

10Источники