RU

Şeyxülislam ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib (FOTO)

Bakı. Trend:

Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri ŞeyxülislamAllahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti vətəsisçisi Mark Şnayeri və onun rəhbərlik etdiyi nümayəndə heyətiniqəbul edib.

Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumatverilib.

Qonaqları səmimi salamlayan Şeyxülislam A. Paşazadə Azərbaycandamövcud unikal multikultural həyat tərzi haqqında, ölkə rəhbərininsəy və təşəbbüsləri sayəsində Azərbaycan dövlətinin beynəlxalqdinlərarası dialoq müstəvisində qabaqcıl rolu, dini mərkəz olaraqQafqaz Müsəlmanları İdarəsinin dünya miqyasında dinlərarasıəməkdaşlıq istiqamətində fəaliyyəti barədə danışıb.

Səmimi şəraitdə keçən görüşdə Azərbaycanda tarixən mövcud olantolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, ocümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq vəəmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb. Digər dinivə etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlətsəviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksəkqiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəaliştirakı qeyd edilib.

QMİ sədri bu yaxınlarda ABŞ-da səfərdə olarkən keçirdiyi yüksəksəviyyəli görüşlər, din xadimləri və ictimai liderlərləünsiyyətləri zamanı Azərbaycana münasibətdə müsbət tendensiyalarınartdığından məmnunluğunu ifadə etmişdir. Şeyxülislam A. PaşazadəABŞ prezidentinin, Azərbaycan prezidentinin və Ermənistan Başnazirinin iştirakı ilə Ağ Evdə Ermənistan-Azərbaycan sülhprotokolunun imzalanmasının tarixi əhəmiyyət kəsb etdiyini, ölkəmizvə bölgə üçün xeyirlərə vəsilə olacağını qeyd edib.

Şeyxülislam A. Paşazadə ABŞ nümayəndə heyətinin Bakıda vəölkəmizin bölgələrində olarkən müxtəlif dinlərin nümayəndələrininharmoniyalı həyat tərzini müşahidə etmək imkanına malik olduqlarınıvurğulayaraq, Azərbaycandakı müxtəlif etniklər və dinlərin örnəkbirgəyaşayış həyat tərzindən nümunə götürməyin bütün dünyaölkələri, o cümlədən, ABŞ üçün faydasını xüsusi qeyd etmişdir.

QMİ sədri yarım əsrə yaxın davam edən dostluq və əməkdaşlıqmünasibətlərinə malik olduğu Vicdana çağırış Fondunun prezidentiRavvin Artur Şnayerin adını və Azərbaycana xoş münasibətini xüsusidəyərləndirərək, onunla ötən aylarda Nyu-Yorkda şəxsən görüşündənbəhs etdi. Şeyxülislam A. Paşazadə Ravvin A.Şnayerin Azərbaycanxalqının Ümummilli lideri Heydər Əliyevlə keçirdiyi görüşləri böyükrəğbətlə yada saldı. Şeyxülislam A. Paşazadə Ravvin A. ŞnayerinAzərbaycana tarixi zəfər gətirən Vətən müharibəsindən öncə və sonrahər zaman haqqı və ədaləti dəstəklədiyini vurğuladı. Bildirdi ki,Azərbaycanın dostu olan Artur Şnayerin oğlu Mark Şnayerin dəölkəmizin dostu olmasını yüksək qiymətləndirir.

A. Paşazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarındahazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığını,Böyük Qayıdışın həyata keçirildiyi haqda qonaqlara məlumat verib."Azad olunmuş torpaqlarımızda mənşəyindən asılı olmadan bütün diniməbədlər - məscidlər, kilsələr, o cümlədən, erməni mənşəli diniobyektlər təmir olunur". Şeyxülislam A. Paşazadə vurğulayıb ki,Zati-aliləri Prezident İlham Əliyevin və ölkəmizin Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərinhimayədarı olduğuna, xristian və yəhudi dini abidələrinəAzərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütündünya şahiddir.

Dini liderlərin Uca Yaradan qarşısında mənəvi missiyasının sülhəxidmət olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə qeyd etdi ki,iki ölkənin siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitindəsülh quruculuğu istiqamətində səy göstərdikləri hazırki vəziyyətdəerməni kilsəsi və erməni diasporası bu prosesi pozmaq üçün var gücüilə dağıdıcı təbliğat aparır.

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer Şeyxülislam A.Paşazadəyə qəbul üçün minnətdarlığını bildirib, Azərbaycandövlətinin və dini liderinin dünya miqyasında mədəniyyətlərarasıdialoqun inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycanınevsahibliyi etdiyi və dünyanın nüfuzlu dini liderlərini mütəmadibir araya gətirdiyi beynəlxalq forumların əhəmiyyətinivurğulayıb.

Görüşün sonunda Şeyxülislam A. Paşazadə ABŞ nümayəndə heyətininüzvlərini maraqlandıran sualları cavablandırıb.

Şeyxülislam
Şeyxülislam
Избранный
44
4
az.trend.az

5Источники