RU

Keçmiş “Mossad” şefi: “Rusiya  İsrailə İran hədəflərinə zərbə icazəsi verib”

Vətəninfo.az xəbər verir ki, İsrailin “Mossad” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yossi Kohen yeni nəşr olunan “Azadlıq Qılıncı: İsrail, Mossad və Gizli Müharibələr” kitabında Rusiya prezidenti Vladimir Putinlə şəxsi əlaqələrindən və Moskvanın İsrailə bölgədə verdiyi gizli icazələrdən danışıb.

Kohen öz kitabında “Mossad”da rəhbərliyi “klassik prinsiplərə dönüş” kimi təqdim edir və İranı həmin dövrdə “əsas hədəf” adlandırır. Onun sözlərinə görə, Mossad rəhbəri olmamışdan əvvəl İranda casus kimi fəaliyyət göstərib.

Kitabın ən çox müzakirə olunan hissələrindən biri Kohenin Putinlə yaxın münasibətləridir. Keçmiş Mossad rəhbəri deyir ki, münasibətləri “qarşılıqlı hörmət” üzərində qurulub.

Onun yazdığına görə, Moskva həmin illərdə İsrailə Suriyada və İraqda İranın maraqlarına və hədəflərinə qarşı zərbələr endirmək üçün müəyyən səviyyədə “icazə” və əməliyyat azadlığı verib. Kohen bunu “səssiz anlaşma” kimi təqdim edir.

Избранный
27
1
veteninfo.az

2Источники