RU

Azərbaycanda səlahiyyətli iqtisadi operator statusu üzrə dövlət dəstək mexanizmi formalaşdırılacaq

2026-2028-ci illər ərzində Azərbaycanda səlahiyyətli iqtisadi operator statusu üzrə dövlət dəstək mexanizmi formalaşdırılacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Etibarlı Tərəfdaş Konsepsiyası”nın tədbirlər planında öz əksini tapıb.

Sənədə əsasən, bu istiqamətdə beynəlxalq təcrübə nəzərə alınmaqla normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub.

Nəticədə səlahiyyətli iqtisadi operator statusu əldə etmiş şəxslərə dövlət orqanları (qurumları) tərəfindən xidmət göstərilməsi sahəsində üstünlük veriləcək.

Sözügedən mexanizmin formalaşdırmaq üçün əsas icraçı kimi Nazirlər Kabineti, digər icraçılar olaraq Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) müəyyən edilib.

MənbəAPA
Избранный
7
1
banker.az

4Источники