RU

Azərbaycan və Gürcüstanın təhsil nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Gürcüstanın təhsil nazirləri Tbilisidə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

AzEdu.az Report-a istinadən xəbər verir ki, bu ölkənin təhsil, elm və gənclərlə iş üzrə naziri Givi Mikanadze ölkədə rəsmi səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə təhsil, elm və gənclərlə iş sahələrində Gürcüstan–Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

G.Mikanadze azərbaycanlı həmkarına Gürcüstanın təhsil sistemi üzrə son yeniliklər barədə məlumat verib və xüsusilə ali təhsil və ümumi təhsil pillələrində planlaşdırılan islahatlara toxunub.

Görüş zamanı bir sıra vacib məsələlər diqqət mərkəzində olub:Gürcü və Azərbaycan dilli məktəblərə dərsliklərin vaxtında çatdırılması, Etnik azlıqların təhsilə inteqrasiyasının gücləndirilməsi, Ali təhsil müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, ADA Universiteti ilə mövcud uğurlu əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi.

Emin Əmrullayev uzunmüddətli səmərəli əməkdaşlığa görə Gürcüstan tərəfinə təşəkkür edib və təhsil, elm və gənclər sahələrində yeni birgə layihələrin həyata keçirilməsinə tam hazır olduqlarını bildirib.

Görüşdə Gürcüstan tərəfdən nazirin birinci müavini Levan Qirsiaşvili, müavinlər Baia Kvitsiani və Tamar Maxaraşvili, Beynəlxalq Əməkdaşlıq və Strateji İnkişaf Departamentinin rəhbəri Nikoloz Beselia iştirak ediblər.

Azərbaycan tərəfindən isə Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, Nazirliyin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri, Təhsil İnstitutunun direktoru Elnur Əliyev, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri görüşdə yer alıblar.

Избранный
209
5
azedu.az

6Источники