RU

Beyləqanda avtoqəzada bir nəfər öldü, daha iki nəfərin vəziyyəti ağırdır

Bu gün saat 19:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

1968-ci il təvəllüdlü şəxsə və 1972-ci il təvəllüdlü şəxsə kəllə beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.


Telegram kanalımız
Избранный
46
2
yenisabah.az

10Источники