RU

Neftçi derbiyə tam heyətlə çıxa biləcəkmi? Dəqiqləşdi

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün "Sabah"ın qonağı olacaq "Neftçi"nin önəmli oyuna saatlar qalmış heyətlə bağlı son vəziyyəti bəlli olub.

Bu barədə Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı məlumat verib.

Klub rəsmisi komandada cəzalı və zədəli futbolçu olmadığını, flaqmanın "bayquşlar"a qarşı tam heyətlə mübarizə aparacağını bildirib.

Misli Premyer Liqasının 12-ci turunda "İmişli"dən alınan məğlubiyyətdən sonra (2:3) "xalq komandası"nın baş məşqçi Samir Abasov istefaya göndərilib. Onun postu müvəqqəti olaraq, klubun akademiyasında işləyən Sənan Qurbanova tapşırılıb.

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyununun start fiti 20:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
1
fanat.az

2Источники