Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 2025/2026 mövsümünə start verilib.
Apasport.az xəbər verir ki, kişilərin mübarizəsində "Bakı" "Azəryol"u (21:40), "Dinamo" "Təhsil"i (33:30), I turun mərkəzi matçında isə "Qarabağ" "Kür" kollektivini (22:20) məğlub edib.
Sonuncu qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, əvvəlki iki görüş isə Azərbaycan Həndbol Federasiyasının İdman Kompleksində baş tutub.
Qadınların mübarizəsində "İdman Akademiyası" "Bakı"ya (44:13), "Azəryol" "Təhsil"ə (57:16) "Kür" isə "Qarabağ"a (49:25) qalib gəlib.
Hər üç oyun Azərbaycan Həndbol Federasiyasının İdman Kompleksində təşkil olunub.
Millimiz "IHF Trophy" beynəlxalq turnirinin hazırlığının son mərhələsinə start verib
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Liqasının oyununa təyinat alıblar
İslam Oyunları: Millimiz Qazaxıstana məğlub oldu
İslam Oyunları: Yığmamız Özbəkistanla bacarmayıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Kubokuna təyinat alıblar