RU

Usta Şərurlu İsfəndiyara məxsus binadan yıxılaraq öldü

Bakıda 62 yaşlı usta tikintidən yıxılaraq ölüb.

 

Hadisə dekabrın 8-də Yasamal rayonunda baş verib. M.Xiyabani küçəsində yerləşən “Jasmin Park” yaşayış kompleksində tikinti işləri aparılan 16 mərtəbəli evin 5-ci mərtəbəsindən Cəlilabad rayon sakini olan 1963-cü il təvəllüdlü Lazım Bağırov ehtiyatsızlıqdan yıxılaraq ölüb.

 

Onun tikintidə usta kimi çalışdığı bildirilib.

 

Araşdırma aparılır.

 

APA

Tarix: 9 Dekabr 2025, 10:55   
Избранный
37
21
pravda.az

10Источники