Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Astarada balıqçılar itkin düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Astarada iki balıqçının ötən gecə axşam saatlarında dənizdə itkin düşdüyü bildirilir.
Dərhal əraziyə FHN-in Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub. Məlum olub ki, rayonun Şahağac kəndi ərazisində iki balıqçı dənizə çıxıb və geri qayıtmayıb.
Hazırda onların axtarışları davam etdirilir.