RU

Bitcoin 2030-a qədər 1 milyon dollara çata bilər - "Coinbase"in rəhbəri

Bakı. Trend:

Dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan"Coinbase"in icraçı direktoru Brayan Armstronq proqnozlaşdırır ki,kriptovalyutanın dəyərinin təxminən 30% itirməsinə baxmayaraq,"Bitcoin" 2030-cu ilə qədər 1 milyon dollar səviyyəsinəçatacaq.

Trend xəbər verirki, bu barədə biznesmen "The National" nəşrinə müsahibəsindəbildirib.

Armstronq deyib: "Məncə, kriptovalyutanın böyümə üçün böyükpotensialı var. Mən hələ də 'Bitcoin'in 2030-cu ilə qədər birmilyon dollar dəyərində olacağını düşünürəm".

"Coinbase"in rəhbərinin fikrincə, investorlar kriptovalyutabazarındakı qısamüddətli dalğalanmalara çox diqqətyetirməməlidirlər, çünki "Bitcoin" son onilliyin ən yaxşı nəticəgöstərən aktivi olaraq qalır. Armstronq əlavə edib: "Qısa müddətdəkriptovalyuta riskli aktiv kimi qəbul edilir, lakin son 10 ilərzində 'Bitcoin' ən yaxşı nəticə göstərən aktiv olub".

Избранный
93
2
az.trend.az

3Источники