Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon ərazisində "VAZ2104" markalı çörək daşıyan minik maşın yolu keçmək istəyən orta yaşlı qadını vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.