RU

UEFA reytinqi: Azərbaycan yerində qaldı

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Msport.az xəbər verir ki, buna avrokubokların əsas mərhələsinin bu həftə baş tutan oyunlarından sonra aydınlıq gəlib.

Azərbaycan 22.250 əmsalla 26-cı pillədəki yerini qoruyub. Ukrayna (23.256) 25-ci, Sloveniya (22.218) 27-cidir.

Qeyd edək ki, “Qarabağ” bu həftə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda “Ayaks”a (Niderland) uduzub – 2:4.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (104.005) başçılıq edir.

Избранный
20
7
msport.az

8Источники