Xatırladaq ki, 25 sentyabrda Donald Tramp TikTok-un ABŞ-dakı fəaliyyətinin Amerika biznesinin nəzarətinə verilməsi ilə bağlı sazişi təsdiqləyən sərəncam imzalayıb. Sənədə əsasən, yeni şirkətdə əsas pay və idarəetmə ABŞ vətəndaşlarına məxsus olacaq. Çin şirkəti ByteDance-in payı 20 faizdən az olacaq, qalan hissə isə "müəyyən investorlar"a veriləcək. Şirkət ABŞ vətəndaşlarının məlumat təhlükəsizliyini təmin edəcək qaydalara uyğun fəaliyyət göstərəcək. Yeni şirkətin dəyərinin 14 milyard dollar olacağı bildirilir.
TikTok-un ABŞ-dakı fəaliyyətinin satılması və ya dayandırılmasını tələb edən qanun 2024-cü ildə keçmiş prezident Co Bayden tərəfindən imzalanmışdı. Tramp isə platformaya müsbət yanaşdığını, çünki TikTok istifadəçilərinin səslərinin prezident seçkilərində qələbəsində rol oynadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31